Azərbaycanda səfərdə olan ATƏT rəsmisi: “Tərəfləri təcili danışıqlara çağırırıq”

Siyasət


“ATƏT Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minatəmizləmə işlərinə dəstək göstərəcək”.

Oxu.Az xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, Azərbaycana gələndə ilk xəbər tutduğu məsələ ermənilərin Laçında törətdiyi təxribat olub:

“Biz tərəfləri təcili danışıqlara çağırırıq. ATƏT-in daimi nümayəndəsi də buradadır. O, tərəflər arasında kommunikasiyanı təmin edə bilər. Biz resurslarımızı tətbiq edəcəyik ki, belə məqamların qarşısını ala bilək. Səylərimizi buna fokuslamalıyıq. Ermənistanla Azərbaycan arasında sülhün təmin olunması önəmlidir. Sülh regiona gəlməlidir”.

Aysel Aslan 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir