Türkiyə Milli Müdafiə nazirinin müavini monitorinq mərkəzinin fəaliyyətindən danışdı

Siyasət

Birgə mərkəzin açılması Azərbaycan, Türkiyə və Rusiya prezidentlərinin səyləri nəticəsində Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır. 

Oxu.Az-ın müxbiri xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə nazirinin müavini Yunus Əmrə Kara Osmanoğlu Mərkəzin açılışında bildirib.

O deyib ki, mərkəz çox böyük əhəmiyyətə malikdir.

“Birgə mərkəz vasitəsilə atəşkəsə nəzarət ediləcək və bununla bölgədə sülhün və sabitliyin qorunmasına töhfə veriləcəyinə ümid edirəm”,- deyə o bildirib.

Nazir müavini qeyd edib ki, mərkəz atəşkəsin pozulmasına qarşı fəaliyyət göstərəcək.

“Mərkəz vasitəsilə Azərbaycan, Türkiyə və Rusiya arasında qarşılıqlı güvən və dostluğun möhkəmlənəcəyinə inanırıq. Bunun Ermənistan-Azərbaycan münasibətlərinə də müsbət təsir edəcəyinə inanırıq”. 

Aqşin Kərimov

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir