Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılmasını qınayıb.
Oxu.Az-ın məlumatına görə, diplomat bu barədə özünün “Twitter” hesabında paylaşım edib.
“Son günlər Ermənistan tərəfindən sərgilənən davranışlar – dumanlı havada yolunu azaraq sərhədi keçən Azərbaycan əsgərinə insanlığa sığmayan işgəncələr və beynəlxalq idman yarışının açılışında Azərbaycan bayrağına edilən hücum əsla qəbul edilə bilməz. Qınayırıq”, – deyə səfir vurğulayıb.
Xatırladaq ki, Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində erməni vandal bayraqdarın əlindən Azərbaycan bayrağını götürüb və yandırıb.
Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsi bu gün birgə bəyanat yayaraq idmançılarımızın təhlükəsiz şəraitdə Vətənə qaytarılmasını qarşı tərəfdən tələb ediblər.
Son günlerde Ermenistan’da sergilenen davranışlar;
sisli havada yolunu kaybederek sınırı geçen bir Azerbaycan askerine yapılan insanlık dışı işkenceler
ve uluslararası bir spor müsabakası açılışında Azerbaycan bayrağına yapılan saldırı asla kabul edilemezdir. Kınıyoruz.🇹🇷🇦🇿— Cahit Bağcı (@cahitbagci) April 15, 2023
www.RIA24.az