Ombudsman İrəvanda bayrağımızın yandırılmasına münasibət bildirib

Siyasət


“Bu ilin 14 aprel tarixində Ermənistanın paytaxtı İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılmasını qəti şəkildə qınayır və azərbaycanlılara qarşı etnik nifrət zəminində baş verən təxribat kimi qiymətləndirirəm”.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatı zamanı Azərbaycan Dövlət Bayrağının yandırılmasına münasibət bildirərkən deyib.

O bildirib: “Hesab edirəm ki, beynəlxalq səviyyəli idman yarışının təşkilatçısı qismində çıxış edən Ermənistan həmin yarışın keçirilməsi ilə bağlı üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməyərək belə bir hadisənin baş verməsinə şərait yaratdığına görə beynəlxalq ictimaiyyət qarşısında cavab verməlidir”.  

Ombudsman vurğulayıb ki, Ermənistan tərəfindən nifrət zəminində törədilən bu və digər əməllər Azərbaycanofobiya siyasətinin bariz təzahürüdür:

“Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq, müvafiq beynəlxalq təşkilatları, xüsusilə də Beynəlxalq Ağırlıqqaldırma Federasiyasını və Beynəlxalq Olimpiya Komitəsini törədilmiş bu vandalizm aktına ciddi reaksiya verməyə, idman yarışları üzrə qəbul edilmiş davranış qaydalarının kobud şəkildə pozulması ilə nəticələnmiş bu əməlin törədilməsinə imkan yaratmış təşkilatçı dövlətə qarşı mövcud beynəlxalq qaydalara müvafiq olaraq qəti tədbirlər görməyə çağırıram”.

Aysel Aslan

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir