“Caliber” “siyasi şərəf” anlayışından məhrum olanlar barədə – VİDEO

Siyasət


9 sentyabr 1926-cı ildə Mustafa Kamal Atatürk öz ordusu ilə atəşə bürünmüş İzmir şəhərinə qədəm qoyub.

Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetində xatırlanır.

Qeyd olunur ki, Atatürk üçün ayrılan iqamətgahın sahibi yunan bayrağını onun ayaqları altına ataraq, vaxtilə Yunanıstan Kralı Konstantinin də bu binaya Türkiyə bayrağını tapdayaraq daxil olduğunu bildirib. Kamal Paşa isə cavabında bayrağın bir xalqın şərəfi olduğunu və düşmənin səhvini təkrarlamayacağını deyib.

Videomaterialda vurğulanır ki, bəşər tarixinin bütün dövrlərində şərəf anlayışı hər zaman yüksək qiymətləndirilib və bu anlayışa zidd davrananlar daha aşağı mənəvi-əxlaqi keyfiyyətlərə sahib insanlar hesab olunub. İrəvanda Azərbaycan bayrağına od vuranlar da məhz belələrindəndir.

Daha ətraflı “Caliber”in yeni süjetində:

 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir