İşsizlikdən sığorta fondunun sərbəst vəsaitindən istifadə qaydası təsdiqlənib

Siyasət


“İşsizlikdən sığorta fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi Qaydası” təsdiq edilib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Nazirlər Kabineti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bu Qayda “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 20.4-cü maddəsinə əsasən hazırlanıb və işsizlikdən sığorta fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə qaydasını müəyyən edir.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir