BQXK İrəvanda saxlanan əsgərlərimizə baş çəkib

Siyasət


İrəvanda saxlanan əsgərlərimizə baş çəkilib. 

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Beynəlxalq Qırmızı Xaç Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, bu gün, 19 aprel tarixində BQXK nümayəndələri bu yaxınlarda saxlanılan iki Azərbaycan vətəndaşına İrəvanda baş çəkiblər:

“Onlarla təkbətək görüş keçirilmiş və ailələri ilə Qırmızı Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilmişdir.

Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır”.

Aysel Aslan 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir