“Azərbaycanla İsrail arasında investisiyaların və ticarət əlaqələrinin təşviqi müzakirə edilib”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb.
Nazir qeyd edib ki, bununla bağlı bu gün Bakıda Azərbaycan və İsrail hökumətləri arasında Birgə Komissiyanın iclasında müzakirələr keçirilib:
“İkitərəfli iqtisadi əməkdaşlıq üzrə gündəlikdə olan məsələləri nəzərdən keçirdik. Həmçinin, ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq istiqamətləri, innovativ texnologiyaların tətbiqi üzrə fikir mübadiləsi aparılıb”.
🇦🇿🇮🇱 #Azərbaycan Respublikası Hökuməti ilə #İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın iclasında ikitərəfli #iqtisadi əməkdaşlıq üzrə gündəlikdə olan məsələləri nəzərdən keçirdik:
• #Ticarət əlaqələrinin və #investisiya-ların təşviqi
• Ətraf mühitin… pic.twitter.com/vHMN3IgPJu— Mikayil Jabbarov (@MikayilJabbarov) April 19, 2023
www.RIA24.az