Azərbaycan Prezidenti: “İsraildə səfirliyimizin açılması əlaqələrimizin yüksək səviyyəsinin göstəricisidir”

Siyasət


“Azərbaycan və İsrail arasında yaxşı siyasi əlaqələr mövcuddur. Azərbaycanın İsraildə səfirliyinin açılması əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisidir”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev İsrail Dövlətinin xarici işlər naziri, Birgə Komissiyanın həmsədri Eli Koheni qəbul edərkən söyləyib.

Dövlətimizin başçısı vurğulayıb ki, ölkələrimiz arasında əlaqələr dostluq, qarşılıqlı etimad, hörmət və dəstəyə əsaslanır. Əməkdaşlıq gündəliyinin genişləndiyini deyən Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın fəaliyyətini xüsusi qeyd edib və bunun əlaqələrin şaxələnməsi işinə töhfə verə biləcəyinə ümidvar olduğunu bildirib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir