İrəvandakı Azadlıq Meydanında məşəl yürüşü zamanı Azərbaycan və Türkiyə bayraqlarının əvvəlcədən planlaşdırılmış və təşkil olunmuş şəkildə yandırılmasını qətiyyətlə pisləyirik.
“Report” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “Twitter” hesabında yazıb.
“Ermənistan hökuməti və Baş nazir Nikol Paşinyan bu kimi nifrət cinayətlərinin və ksenofobik hərəkətlərin qarşısının alınması üçün təcili tədbirlər görməlidir”, – A.Hacızadə qeyd edib.
We strongly condemn the pre-planned and organised burning of flags of #Azerbaijan🇦🇿 and #Türkiye🇹🇷at the Freedom Square in Yerevan during torchlight procession. @armgov and @NikolPashinyan must take urgent measures to prevent such hate crimes and xenophobic acts. pic.twitter.com/mr3fnH8o5w
— Aykhan Hajizada (@Aykhanh) April 23, 2023
www.RIA24.az