Xalid Əhədov: “Heydər Əliyevin siyasətində sahibkarlığın inkişafı prioritet olub”

Siyasət


“Ümummilli lider Heydər Əliyevin siyasətində sahibkarlığın inkişafı prioritet istiqamətlərdən biri olub”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov İqtisadiyyat Nazirliyinin, nazirlik yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan sahibkarlığının inkişafı” mövzusunda keçirilən tədbirdə deyib.

“Ulu öndər sahibkarların maliyyə imkanlarına çıxışını asanlaşdıran bank sahəsində islahatlar həyata keçirib. Ümummilli lider sahibkarların problemləri ilə maraqlanırdı və sahibkarlığın inkişafına dair qəbul edilən dövlət proqramları buna misaldır. Sahibkarlıq fəaliyyətinə dair süni əngəllərlə bağlı daim işlər aparırdı. Süni maneələrin aradan qaldırılması üçün kompleks tədbirlər həyata keçirilirdi”, – X. Əhədov bildirib.

Onun sözlərinə görə, ötən əsrin 60-cı illərindən Azərbaycan sosial-iqtisadi göstəricilərinə görə geridə qalan aqrar ölkələrdən olub:

“Məhz ulu öndər Heydər Əliyev sayəsində Azərbaycan bir neçə il ərzində inkişaf etmiş sənaye respublikasına çevrilib”.

X.Əhədov bildirib ki, bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında azad edilmiş torpaqların yenidənqurması işləri sürətlə aparılır:

“Yaxın gələcəkdə bu istiqamətdə sahibkarların böyük töhfəsi olacaq. Heydər Əliyev şəxsi nümunəsi ilə daim bizə yenilənməni öyrədir. Biz bu gün möhkəm təməllər üzərində, Prezidentin rəhbərliyi ilə tarixin yeni mərhələsində yeni uğurlara imza atırıq. Əminəm ki, dövlət-özəl tərəfdaşlığı nəticəsində ölkəmiz daha da inkişaf edəcək”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir