Rusiyanın nəqliyyat naziri: “Heydər Əliyev tarixə əbədi düşüb” – FOTO

Siyasət


“Heydər Əliyevin adı Baykal-Amur magistralının tikinti salnaməsinə qızıl hərflərlə yazılıb. O, əbədi olaraq tarixə düşüb”.

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Rusiyanın nəqliyyat naziri Vitali Savelyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə və onun Baykal-Amur magistralının tikintisinə verdiyi töhfələrə həsr olunmuş sərginin açılışında deyib.

“Bu sərgi Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Bu gün burada toplaşan veteranların taleyində Heydər Əliyev həlledici rol oynayıb. Bu, çox vacibdir. Çıxış edənlərin hamısı Heydər Əliyevi SSRİ-də nəqliyyatın, o cümlədən Baykal-Amur magistralının inkişafında çox böyük işlər görmüş yüksək peşəkarlığa malik şəxs kimi xarakterizə etdilər”, – V.Savelyev bildirib.

O vurğulayıb ki, Azərbaycan və Rusiyanın indiki nəqliyyat nazirlərinin vəzifəsi birgə infrastrukturu inkişaf etdirməkdir:

“Xalqlarımızı dərin tarix birləşdirir, siyasi əlaqələrimiz kifayət qədər yüksək səviyyədədir. Azərbaycan və Rusiyanın indiki nəqliyyat nazirlərinin vəzifəsi birgə infrastrukturu inkişaf etdirməkdir”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir