İqor Levit: “Baykal-Amur Magistralının tikintisinə Heydər Əliyevin inadkarlığı sayəsində başlanılmışdı”

Siyasət


Rusiya Prezidentinin köməkçisi: 

“Heydər Əliyev Baykal-Amur Magistralının (BAM) tikintisinə dəstək verən Siyasi Büro üzvlərindən biri olub. Bu magistralın tikintisi ilə bağlı qərar sayəsində bu gün Rusiyadan Şərqə yük daşıya bilirik”.

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi İqor Levitin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə və onun Baykal-Amur Magistralının tikintisinə verdiyi töhfələrə həsr olunmuş sərginin açılışında deyib.

İ.Levitin vurğulayıb ki, Heydər Əliyevin inadkarlığı və qətiyyəti sayəsində Baykal-Amur Magistralının tikintisinə başlanılıb.

“Gələn il biz bu tikintinin 50 illiyini qeyd edəcəyik. Bu gün biz bu qərarı verən insanların nə qədər müdrik olduğunu görürük. Buna görə də Rusiyanın Nəqliyyat Nazirliyinə, Azərbaycanın Nəqliyyat Nazirliyinə, dəmir yolu administrasiyalarının rəhbərlərinə və əlbəttə ki, BAM veteranlarına təşəkkür etmək istəyirəm. Mən çox şadam ki, Azərbaycanda və Rusiyada yaşayan BAM veteranları bu gün buradadırlar. Onlar Rusiya üçün mühüm əhəmiyyət kəsb edən bu magistral yolun tikilməsi üçün hər şeyi ediblər”, – Rusiya Prezidentinin köməkçisi fikrini tamamlayıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir