“Heydər Əliyev İli” çərçivəsində XII Azərbaycan Beynəlxalq Geofizika Konfransı öz işinə başlayıb – FOTO

Siyasət


“Heydər Əliyev İli” çərçivəsində 26 aprel 2023-cü il tarixində Bakıda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Geofizika və Geologiya İdarəsinin təşkilatçılığı ilə XII Azərbaycan Beynəlxalq Geofizika Konfransı öz işinə başlayıb.

Tədbir çərçivəsində ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi nümayiş etdirilib.

Konfransı giriş sözü ilə açan SOCAR-ın Geofizika və Geologiya İdarəsinin rəisi Elçin Şirinov ümummilli lider Heydər Əliyevin zəngin və mənalı həyat yolundan bəhs edib, ulu öndərin ölkəmizin neft sənayesinin inkişafı istiqamətindəki misilsiz xidmətləri barədə məlumat verib. Sonra ulu öndərin müəllifi olduğu Azərbaycanın enerji strategiyasından bəhs edən videoçarx nümayiş olunub.

Konfransda çıxış edən SOCAR-ın baş geoloqu Arzu Cavadova Azərbaycanın kəşf olunmamış karbohidrogen ehtiyatlarının mövcudluğuna, mövcud yataqların hələ açılmamış məhsuldar qatlarının potensialının qiymətləndirilməsi imkanlarına toxunub.

28 aprel tarixinə qədər davam edəcək konfransda “Xəzər regionu və oxşar geoloji əyalətlərdə karbohidrogen resurslarının mənimsənilməsində geofiziki tədqiqatların rolu” mövzusunda 47 şifahi, 37 stend mühazirələrinin keçirilməsi nəzərdə tutulub.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir