Ermənistanın paytaxtı İrəvandakı ağırlıqqaldırma üzrə Avropa çempionatında qızıl medal qazanmış türkiyəli atletlər Nuray Güngör, Cansu Bektaş, Yusuf Fehmi Genc və gümüş mükafatçı Qamze Altun Fəxri xiyabanda olublar.
Oxu.Az xəbər verir ki, onlar xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.


www.RIA24.az