Hikmət Hacıyev Baltikyanı və Skandinaviya ölkələrinin səfirləri ilə görüşdü – FOTO

Siyasət


Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Baltikyanı və Skandinaviya ölkələrinin Azərbaycandakı səfirləri ilə görüşüb.

Bu barədə Finlandiyanın Cənubi Qafqazdakı səfirinin “Twitter” səhifəsində paylaşım edilib.

Bildirilib ki, baş tutan görüşdə regionda təhlükəsizlik və Orta Dəhliz məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda, söhbət əsnasında Azərbaycanın Avropa İttifaqı və NATO ilə münasibətlərinə də toxunulub.

 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir