Morton: “Azərbaycanda qadınların seçki hüququnun Britaniyadan 9 il əvvəl əldə etməsi möhtəşəmdir” – FOTO

Siyasət

Birləşmiş Krallığın Avropa Qonşuluğu üzrə dövlət naziri Vendi Morton Azərbaycanda qadınlara səs vermə hüququnun Britaniyadan daha əvvəl verilməsini möhtəşəm adlandırıb.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə o, özünün “Twitter” hesabında bəyan edib.

Bakıda səfərdə olduğunu bildirən V.Morton qadın hüquqlarını inkişaf etdirmək və fikirlərinin eşidilməsini təmin etmək üçün nazirlər, millət vəkilləri və fəallarla birlikdə işlədiyini deyib.

“Azərbaycan Respublikasında qadınların ümumi seçki hüququnun Böyük Britaniyadan 9 il əvvəl əldə etməsi möhtəşəmdir”, – deyə o vurğulayıb.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir