Şimali Kipr Türk Respublikası Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) müşahidəçi üzv seçilib.
Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı “Twitter”də paylaşım edib.
“Kipr türkləri türk dünyasının ayrılmaz bir parçasıdır. Şimali Kipr Türk Respublikasının TÜRKPA-ya müşahidəçi üzvlüyü xeyirli olsun. Birlikdə güclüyük!” – paylaşımda bildirilir.
Kıbrıs Türkleri Türk dünyasının ayrılmaz bir parçasıdır.
KKTC’mizin Türk Devletleri Parlamenter Asamblesi (TÜRKPA) gözlemci üyeliği hayırlı olsun.
Birlikte güçlüyüz.🇹🇷 pic.twitter.com/7511TRMSjl— Cahit Bağcı (@cahitbagci) April 28, 2023
www.RIA24.az