Prezident İlham Əliyevin “TEKNOFEST”də çıxışı Türkiyə mediası tərəfindən geniş işıqlandırılıb – FOTO

Siyasət


Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın aprelin 29-da İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirakı Türkiyə kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

“Report”  xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin tədbirdə çıxışı mətbuat vasitəsilə türkdilli ictimaiyyətə çatdırılıb.

“Anadolu” agentliyi, “yenisafak.com” və “euronews.com” saytı Azərbaycan Prezidenti İlham Əliyevin “Ümid edirəm ki, yaxın gələcəkdə “Kızılelma” Azərbaycanın səmasında da olacaqdır” və Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” tezisini xatırladaraq, “Bir yumruq” ifadəsi başlığı altında məqalələr türk və ingilis dillərində dərc ediblər.

TRT haber”, “Haber Global”“Milliyet TV” və digər telekanallar səfərlə bağlı reportajlar yayımlayıb.

Nüfuzlu “Sabah” qəzetinin və “Ahaber” agentliyinin internet saytında yerləşdirilən “Yaxın gələcəkdə Azərbaycanda “Bayraktar” mərkəzi yaradılacaq” başlıqlı yazıda Prezident İlham Əliyevin çıxışından müxtəlif sitatlar gətirilib.

Türkiyənin digər nəşrlərində dövlət başçısının qardaş ölkənin təhlükəsizlik tədbirlərinə kompleks şəkildə yanaşmasının, Ankaranın həyata keçirdiyi layihələrin bölgədə əməkdaşlığa zəmin yaratdığı barədə fikirləri xüsusi olaraq vurğulanıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir