Türkiyənin müasir tarixində terrorla mübarizə xüsusi yer tutur.
Xüsusən də Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti dövründə qardaş ölkədə terrora qarşı mübarizə daha geniş vüsət alıb.
Mövzu ilə bağlı Baku TV-yə danışan politoloq Əziz Əlibəyli deyib ki, Türkiyənin daxilində “Ergenekon”, “Balyoz” üzərindən başlayan bir hərəkat var idi və dərhal sonra dövlət çevrilişinə cəhd prosesilə başlayan FETÖ əleyhinə böyük bir əməliyyat baş verdi.
Siyasi şərhçi Tural İsmaylovun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğanın hakimiyyətə gəlməsindən sonra, xüsusən Ədalət və İnkişaf Partiyasının iqtidarı dövründə Türkiyənin özünün bir çox terror təşkilatlarına qarşı müqavimət gücünün artması bu proseslərdə Türkiyə dövlətinin qalib ayrılmasına səbəb olub.
Daha ətraflı Baku TV-nin süjetində:
www.RIA24.az