Türkiyə Azərbaycanla kosmik sahədə əməkdaşlığa başlayacaq

Siyasət

Türkiyə Azərbaycanla kosmik sahədə əməkdaşlıq edəcək.

Bunu Türkiyə Sənaye və Texnologiya naziri Mustafa Varank “Anadolu” agentliyinin “Editör Masası” proqramında açıqlayıb.

“Üç ölkə ilə müqavilə imzaladıq. Pakistan və Azərbaycanla da müqavilələrimiz hazırdır, imza atılma mərhələsindədir”, – deyə türkiyəli nazir bildirib.

Xatırladaq ki, dünən Ankara Milli Konqres və Mədəniyyət Mərkəzində Türkiyənin milli kosmik proqramının təqdimat mərasimi baş tutub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ildə yerli istehsal olan hibrid raketlə Aya eniş ediləcəyini bəyan edib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir