Ekofəalların müvəqqəti tərk etdikləri Xankəndi yolundan son GÖRÜNTÜLƏR – VİDEO

Siyasət


Azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyasını müvəqqəti dayandırdıqları ərazidən son görüntülər yayılıb.

Bu barədə sosial şəbəkələrdə video paylaşılıb.

Belə ki, ərazidə Rusiya sülhməramlılarına məxsus maşın və Azərbaycan hərbçiləri dayanıblar.

Qeyd edək ki, aprelin 28-də azərbaycanlı ekofəallar Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyasını müvəqqəti dayandırıblar. Aksiyaçılar bildiriblər ki, tələblərinə qismən nail olduqlarından, eləcə də dövlət nümayəndələri tərəfindən onlara dəfələrlə edilən müraciətləri nəzərə alaraq, həmin gün saat 18:00-dan etibarən etiraz aksiyasını müvəqqəti dayandırıblar:

“Bəyan edirik ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasına, ekoloji və digər fəsadlarla bağlı monitorinqin keçirilməsinin təmin olunmasına dair sülhməramlı kontingentin komandanlığından tələblərimiz qüvvədə qalır və bu tələblər yerinə yetirilməyəcəyi halda aksiyanın yenidən bərpa olunması hüququnu özümüzdə saxlayırıq!” – deyə bəyanatda qeyd edilib. 

 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir