Nazir: “Bu gün PUA-lardan danışanda hər kəsin ağlına Türkiyə gəlir” – FOTO

Siyasət


“Bu gün PUA-lardan danışanda hər kəsin ağlına Türkiyə gəlir”.

“Report” xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Musfata Varank Bursada İnegöl gənclik mərkəzinin açılışında çıxışı zamanı deyib.

O bildirib ki, Ədalət və İnkişaf Partiyası 21 ildir yeni layihələr üçün çalışır:

“Çünki bizim Rəcəb Tayyib Ərdoğan kimi liderimiz var. Bəzən gecə saat 2-də zəng edə, “filan işin axırı necə oldu?”, – deyə soruşa bilər. Biz xidmətlərimizi davam etdirmək istəyirik”.

M.Varank qeyd edib ki, bugünkü tədbirə yerli “Togg” avtomobili ilə gəlib:

“Halbuki müxalifət buna inanmırdı. Qarşımızda dünyadan xəbərsiz müxalifət var. Müxalifət bizim yerli istehsalımızın artmasından narahatdır. Bizim onlara sərf etməyə vaxtımız yoxdur. Onların dedikləri ilə oturub-dursaydıq bir çox layihələrimiz baş tutmazdı. Mayın 14-dən sonra da yolumuza qətiyyətlə davam edəcəyik. Amma bunun üçün doğru seçim etməliyik. Gəmimizi fırtınalı dənizdə qətiyyətlə üzməyə davam etdirməliyik. Amma bunun üçün həm də parlamentdə üstünlüyü qorumalıyıq”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir