Azərbaycan güc dili ilə danışılacaq ölkə deyil.
Bunu rusiyalı mütəxəssis, “Milli Müdafiə” jurnalının baş redaktoru, Rusiya Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvü İqor Korotçenko Bakıda keçirilən iclasda söyləyib.
“Qarabağ müharibəsindəki qələbəni Azərbaycan, onun ordusu, xalqı və lideri İlham Əliyev qazandı. Ermənistan Qarabağda müharibənin başlanmasında əsas və yeganə günahkardır. Bu gün o, müharibəni bitirmək üçün razılaşmadan sonra götürdüyü bütün öhdəlikləri yerinə yetirməlidir”, – deyə o bəyan etdi.