Separatçıların “müqavimət” şousu – VİDEO

Siyasət


Laçın yolunun başlanğıcında Azərbaycanın sərhəd-buraxılış məntəqəsi qurması separatçıları çıxılmaz vəziyyətə salıb. Bu baxımdan Xankəndidəki separatçı-terrorçuların tör-töküntüləri mövcudluğunu qoruyub saxlamaq üçün son varianta əl atıb.

Belə ki, onlar dinc erməni əhalisi adından qondarma müqavimət hərəkatı başladıblar. Halbuki separatçıların qarşısında ərazilərimizi tərk etmək və ya silahları təhvil verərək Azərbaycan vətəndaşlığını qəbul etməkdən başqa yolun qalmadığı elə onların özünə də gün kimi aydındır.

Təxribatçı kampaniyanı başladan ermənilər iddia edirlər ki, Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin ləğvinə nail olunmazsa, başqa yollara əl atacaqlar. O da aydındır ki, bu, sadəcə, diqqəti cəlb etmək üçün son ümid foludur və saman çöpündən yapışmağa bənzəyir. Bu yerdə nəzərə alınmalı bir məsələ də var: Separatçılar bölgədə qalmaq naminə nəinki Azərbaycana qarşı təxribat törətməkdən, hətta dinc erməni əhalisini qırğına verməkdən də çəkinməyəcəklər.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir