“Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın Moskvada da görüşü baş tutacaq”.
Erməni KİV-in məlumatına görə, bunu parlamentin Avropaya inteqrasiya üzrə Daimi Komissiyasının rəhbəri, hakim “Vətəndaş sazişi” fraksiyasından olan deputat Arman Yeqoyan deyib.
“Bir məsələ digərinə mane olmur (Vaşinqtondakı görüş – red.). Bəli, ilkin razılıq var və bu razılığa görə, görüş Moskvada da keçirilməlidir”, – deyə Yeqoyan bildirib.
O qeyd edib ki, Vaşinqtonda keçirilən görüşün uzun çəkməsi müzakirə olunan məsələlərin geniş spektri ilə bağlı olub.
www.RIA24.az