BMT-də UNIAN-ın jurnalisti Dmitro Xilyukun Rusiya əsirliyindən azad olunmasına çağırış edilib

Siyasət


Ukrayna Milli Jurnalistlər Birliyinin (UMJB) sədri Sergey Tomilenko UNIAN-ın jurnalisti Dmitro Xilyukun Rusiya əsirliyindən azad edilməsinə çağırıb.

Bu barədə Tomilenko Nyu-Yorkda BMT Baş Assambleyasında Ümumdünya Söz Azadlığı Günü münasibətilə çıxışı zamanı danışıb.

“Ötən ilin martında əsir götürülən ən azı bir mülki ukraynalı jurnalist hələ də Rusiyada həbsdədir”, – deyə Tomilenko bildirib.

O qeyd edib ki, söhbət UNIAN-ın jurnalisti Dmitro Xilyukdan gedir.

Eyni zamanda, S.Tomilenko işğal altındakı Krımda həbs edilən yerli tatar jurnalistlərin də azad olunmasına çağırış edib.

Xatırladaq ki, UNIAN-ın jurnalisti Dmitro Xilyuk ötən ilin fevral ayında Rusiyanın Kiyev vilayətinə hücumu zamanı əsir düşüb.

Mənbə: UNIAN

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir