XİN: “Sudandan 26 Azərbaycan vətəndaşının təxliyəsi başa çatıb”

Siyasət


“Sudandan 26 Azərbaycan vətəndaşının təxliyəsi başa çatıb”.

Bu barədə “Trend”ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə məlumat verib.

“Sudan Respublikasından 26 nəfər Azərbaycan vətəndaşı qardaş Türkiyənin dəstəyi ilə ölkəmizə təxliyə olunub”, – deyə o qeyd edib.

Xatırladaq ki, Suveren Şuraya rəhbərlik edən Sudan ordusunun komandanı Əbdül Fəttah əl-Burhanla həmin şurada onun müavini olan xüsusi təyinatlı qüvvələrin başçısı Məhəmməd Həmdan Daqalo arasında fikir ayrılığı səbəbindən ölkədə vəziyyət gərginləşib. Aprelin 15-də Merove şəhərindəki hərbi baza yaxınlığında və paytaxt Xartumda iki güc strukturu arasında toqquşmalar başlayıb. Sudan Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə toqquşmalar nəticəsində ölənlərin sayı 528-ə çatıb, 4 600-ə yaxın yaralı var.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir