Sahibə Qafarovanı şənbə günü Londona dəvət ediblər

Siyasət


“Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya kralı III Çarlzın tacqoyma mərasimində iştirak edəcək”.

Bunu “Report”a açıqlamasında Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld deyib.

“Bazar ertəsi xanım Sahibə Qafarova ilə görüşüm oldu. O, sentyabr ayında Kraliça II Elizabetin dəfn mərasimində Azərbaycanı təmsil edib. İndi isə onu şənbə günü Londonda tacqoyma mərasimində qarşılamağı səbirsizliklə gözləyirik”, – səfir bildirib.

Xatırladaq ki, III Çarlzın tacqoyma mərasimi mayın 6-da Londondakı Vestminster abbatlığında keçiriləcək. O, Vestminster abbatlığında tacqoyma mərasimi keçirilən 40-cı monarx olacaq. İlk tacqoyma mərasimi 1066-cı ildə baş tutub.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir