ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında baş tutan görüşlərdən danışıb.
Bu barədə o “Twitter” səhifəsində qeyd edib.
“Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı Milli Xarici Əlaqələr Tədris Mərkəzində qəbul etməkdən şərəf duydum. Əldə olunmuş irəliləyişdən məmnunam və razılığın əldə olunmasına nikbin yanaşıram”, – Blinken qeyd edib.
Xatırladaq ki, 2023-cü il 1-4 may tarixində ABŞ-nin Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar aparılıb.
It was an honor to host Azerbaijani Foreign Minister @Bayramov_Jeyhun and Armenian Foreign Minister @AraratMirzoyan at our beautiful new @FSIatState campus. Pleased with the progress made and optimistic an agreement is within reach. pic.twitter.com/rLOIwvagmM
— Secretary Antony Blinken (@SecBlinken) May 4, 2023
www.RIA24.az