Böyük Britaniyanın baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolson mayın sonunda Azərbaycana səfər edəcək.
Bu barədə “Report”a müsahibəsində Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld deyib.
Onun sözlərinə görə, Baronessa Emma Nikolson Bakı Enerji Həftəsində iştirak etmək üçün Bakıya gələcək.
Xatırladaq ki, Azərbaycanın paytaxtında mayın 31-dən iyunun 3-dək Bakı Enerji Həftəsi keçiriləcək. Bakı Enerji Həftəsi çərçivəsində 28-ci “Caspian Oil & Gas” beynəlxalq sərgisi, 11-ci “Caspian Energy and Green Energy” Beynəlxalq “Caspian Power” sərgisi və 28-ci Bakı Enerji Forumu keçiriləcək.
Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərdə Azərbaycan, Belarus, Böyük Britaniya, Almaniya, Gürcüstan, İspaniya, İsrail, İtaliya, Qazaxıstan, Kanada, Çin, Küveyt, Monako, Niderland, Norveç, BƏƏ, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Serbiya, Sinqapur, ABŞ, Tailand, Türkiyə, Özbəkistan, Ukrayna, Finlandiya, Fransa, İsveçrə və Yaponiyadan olan 164 şirkət iştirakını təsdiqləyib.
www.RIA24.az