“Azərbaycan və Böyük Britaniya tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş üzrə razılıq əldə etməyə yaxındırlar”.
Bunu “Report”a müsahibəsində Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld deyib.
“Biz Azərbaycanla tərəfdaşlıq və əməkdaşlıq sazişi üzrə razılığa gəlməyə yaxınıq. Yalnız bir neçə detalın razılaşdırılması qalıb. Ümid edirik ki, bu sazişi tezliklə bağlaya biləcəyik. Bu, xüsusilə ticarət əlaqələrinə aiddir. Lakin geniş mənada, bir sıra digər sahələrdə genişmiqyaslı əməkdaşlıq davam edir”, – o vurğulayıb.
Səfir qeyd edib ki, son 30 il ərzində Böyük Britaniya Azərbaycan iqtisadiyyatına 85 milyard dollar sərmayə qoyub və Azərbaycanda ən böyük birbaşa xarici investora çevrilib.
www.RIA24.az