Hindistan səfiri: “Azərbaycanla ticarət əlaqələrinin inkişaf dinamikasını görürük” – FOTO

Siyasət


“Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 1,82 milyard dollar olub. Bu ilin əvvəlindən etibarən ötən ilin müvafiq dövrü ilə müqayisədə ticarət əlaqələrinin inkişaf dinamikasını görürük”.

APA xəbər verir ki, bunu Hindistan günləri münasibətlə təşkil edilmiş tədbirin açılış mərasimində Hindistanın ölkəmizə yeni təyin olunmuş səfiri Şridharan Madhusudhanan deyib.

Səfir ölkələrimiz arasında ticarət, mədəniyyət və humanitar sahələrdəki əlaqələri yüksək qiymətləndirib.

Diplomat qeyd edib ki, Azərbaycanla Hindistan arasında ticarət əlaqələri durmadan artır.

“Şübhəsiz ki, bu tip tədbirlər ölkələrimizin və xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət edir. Hər birinizi salamlayıram və burada görməyə şadam”, – səfir əlavə edib.

Xatırladaq ki, Bakıda 5-15 may tarixlərində Hindistan günləri keçirilir.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir