Səlahiyyətli nümayəndə: “Naxçıvanda struktur dəyişikliklərinin aparılması qaçılmazdır”

Siyasət


“Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkib hissəsidir, müəssisə və təşkilatlarımızın Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları ilə sıx işləməsi üçün struktur dəyişikliklərinin aparılması labüddür və qaçılmaz bir prosesdir”.

“Report” xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvan televiziyasına müsahibəsində deyib.

“Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının Naxçıvanda yerləşən adekvat qurumları 4-5 parçaya bölünmüş vəziyyətdədir. Onun metodiki bazası demək olar ki, mövcud deyil. Burada struktur vahidlərinin bəziləri natamamdır. Maddi-texniki baza isə demək olar ki, tam formalaşmış vəziyyətdə deyil. Ona görə də, bu gün muxtar respublikada gördüyünüz kimi struktur islahatları tam sürətlə davam edir. Əvvəlcədən elan etdiyimiz kimi, şəffaflıq və peşəkarlıq əsas prinsiplərimizdən biridir. Ona görə də, bu tələblərə cavab verməyən, bu tələbləri qarşılaya bilməyən struktur rəhbərləri də vəzifələri ilə vidalaşmalı oldular. Onlarla nazirlik, komitə, idarələrin rəhbərləri novator, enerjili, peşəkar və şəffaf mühitdə işləməyi bacaran kadrlarla əvəzləndi”, – F.Nəcəfli bildirib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir