Bu il Azərbaycan da daxil olmaqla 8 ölkədə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan poçt markalarının buraxılması nəzərdə tutulub.
“Report” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda “Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi” mövzusunda keçirilən konfransda bildirib.
“Bu günə qədər Türkiyə, Rusiya və Qazaxıstanda bu poçt markaları dövriyyəyə buraxılıb”, – deyə o qeyd edib.
Bundan başqa, nazirin sözlərinə görə, Ulu Öndərin anadan olmasının 100 illiyi ilə bağlı tədbirlər çərçivəsində bu il gün Azərbaycanda 11 növdə poçt markasının buraxılması nəzərdə tutulur. “Yeni poçt markalarından birinin buraxılması bu gün konfrans çərçivəsində baş tuta bilər”.
www.RIA24.az