Türkiyənin Gəncədəki Baş Konsulluğunda səsvermənin sonuncu günündə minə yaxın seçici iştirak edib.
“Report”un məlumatına görə, bunu Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop bildirib.
Onun sözlərinə görə, Konsulluqda səsvermənin sonuncu günü də tam şəffaf qaydada davam edir:
“Seçkilərin birinci və ikinci günündə olduğu kimi, üçüncü günündə də vətəndaşlarımızın seçkilərə marağı böyük olub. Bu saata qədər təxmini 1 000 nəfərə yaxın seçici səsvermədə iştirak edib. Seçki qanunvericiliyə uyğun şəkildə tam demokratik şəkildə davam edir. Səsvermə saat 21:00-a başa çatacaq”.
Qeyd edək ki, Türkiyə vətəndaşlarının səsverməsi üçün Azərbaycanda 15 seçki məntəqəsi yaradılıb. Onlardan 9-u Bakı, 3-ü Gəncə, 3-ü isə Naxçıvanda yerləşir. Səsvermə bütün ünvanlarda mayın 7-si saat 21:00-dək davam edəcək.
Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.
www.RIA24.az