Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, Kiyev ötən gecə son bir həftənin ən güclü raket zərbələrinə məruz qalıb:
“Ukraynaya 25 qanadlı raket atılıb. Zərbələrin bir qismi Qara dənizdəki Rusiya hərbi bazalarından, digərləri isə təyyarələrdən endirilib. Onlardan 23-ü zərərsizləşdirilib, 2-si isə Kiyev vilayətində boş əraziyə düşüb”.
Qeyd edilib ki, Kiyevə hücumların artmasından sonra ukraynalılar şəhəri yenidən tərk etməyə başlayıblar.
www.RIA24.az