Mikayıl Cabbarov: “Heydər Əliyevin mütərəqqi ideyaları hər birimiz üçün örnəkdir” – VİDEO

Siyasət


Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı paylaşım edib.

Oxu.Az xəbər verir ki, nazir özünün “Facebook” hesabında yazıb:

“Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyi ilə əlamətdardır. Ulu öndərin nümunəvi həyat yolu, dövlətçilik siyasəti, Vətənə olan sonsuz sevgisi və mütərəqqi ideyaları hər birimiz üçün örnəkdir. Dahi şəxsiyyətin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq və onun ölkəmiz üçün misilsiz xidmətləri yüzilliklər boyu liderlik, müdriklik və vətənpərvərlik rəmzi olaraq xatırlanacaq”.

 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir