“Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu, banisidir”.
Oxu.Az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
O bildirib ki, bütün ömrünü Azərbaycanın inkişafına sərf edən ulu öndər şəhərsalma və arxitektura sahəsinə də xüsusi diqqət ayırıb:
“Şəhərin müasirləşməsinə, infrastrukturun qurulmasına diqqət ayırıb. Bu işlər sayəsində bu gün insanların həyat şəraiti yüksək səviyyədədir. Bizim borcumuzdur ki, ulu öndərin qoyduğu yolu Prezident İlham Əliyevin rəhbərliyi altında davam etdirək. Ölkəni, şəhərlərimizi daha təhlükəsiz və gözəl edək”.
Könül Cəfərli
www.RIA24.az