YAP sədrinin müavini: “Heydər Əliyev Azərbaycanın milli-mənəvi sərvətidir”

Siyasət


“Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu kimi ölkəmizin tarixində mühüm yer tutur”.

Oxu.Az-ın məlumatına əsasən, bunu YAP sədrinin müavini, YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Heydər Əliyev istər SSRİ dönəmində, istərsə də müstəqillik dövründə Azərbaycan üçün misilsiz xidmətlər göstərib.

“Heydər Əliyev Azərbaycanın milli-mənəvi sərvətidir. Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında ən böyük xidməti siyasi varisliyi təmin etməkdir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altında olan əraziləri azad etməklə ulu öndərin arzusunu yerinə yetirdi”, – deyə o əlavə edib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir