“Mən Heydər Əliyevdən daha böyük mütəfəkkir tanımıram. Bugünkü müasir Azərbaycanın qurucusu məhz Heydər Əliyevdir”.
Bu fikirləri Baku TV-yə verdikləri müsahibələrində gürcüstanlı elm xadimləri və politoloqlar bildiriblər.
Gürcüstanın Təhsil və Elm Akademiyasının prezidenti, Tbilisidəki Suxumi Dövlət Universitetinin rektoru Zurab Xonelidze Heydər Əliyevin gürcü xalqına olan sevgisindən danışıb.
Onun sözlərinə görə, Heydər Əliyev bütövlükdə Cənubi Qafqazın arxitektorudur:
“O, Gürcüstanı və gürcü xalqını uşaqlıqdan sevirdi. Azərbaycanla Gürcüstan dövlətləri arasındakı münasibətlər məhz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev kimi insan nə ötən əsrdə anadan olub, nə də bu əsrdə dünyaya gələcək”.
Professor İndira Dzaqaniya isə Heydər Əliyevin iki dövlət arasındakı dostluq münasibətlərinə verdiyi töhfələrdən danışıb. Professor qeyd edib ki, Heydər Əliyev Azərbaycan üçün olduğu kimi, Gürcüstan üçün də olduqca önəmli şəxsiyyətdir.
Politoloq Davit Calaqoniya isə vurğulayıb ki, Bakı-Tbilisi-Ceyhan layihəsinin təməlini qoyan məhz Heydər Əliyev olub:
“Bu layihə yalnız bizim ölkələrimiz arasındakı dostluq münasibətlərini deyil, iqtisadi və siyasi əlaqələrimizi də gücləndirmiş oldu”.
Ətraflı videonu təqdim edirik:
www.RIA24.az