Gürcüstan parlamentində Azərbaycanla dostluq qrupu yaradıldı

Siyasət

Gürcüstanda 10-cu çağırış parlamentində Azərbaycanla dostluq qrupu yaradılıb.

Apsny.ge xəbər yayır ki, qrupa 36 millət vəkili daxildir.

“Dostluq qrupları haqqında” qərar layihəsində bildirilir ki, ona vitse-spiker Kaxaber Kuçava sədrlik edəcək.

Qrupun tərkibinə millət vəkilləri, etnik azərbaycanlılar Zaur Darğalı və Savalan Mirzəyev də daxildir.

Parlament artıq qərar layihəsinin müddəalarını plenar iclaslarda müzakirə etməyə başlayıb.

Azərbaycanla dostluq qrupu əvvəlki parlamentdə də mövcud olub. Qrup Kaxaber Kuçavanın rəhbərliyində, 62 deputatla təmsil edilib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir