Azərbaycan könüllüləri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlərdə iştirak ediblər – FOTO

Siyasət


Azərbaycan könüllüləri ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan silsilə tədbirlərdə iştirak ediblər.

Əsrlər boyu hər bir xalqın tarixində silinməz izlər qoyan dahi şəxsiyyətlər olub.  Bu gün böyük fəxrlə xatırladığımız, Azərbaycan xalqının böyük oğlu dünya şöhrətli insan, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasından 100 il ötür. Ümummilli liderin bizə ərməğan etdiyi dövlətçilik ənənələrinə sadiq olub onu davam etdirmək hazırda Azərbaycan gəncliyinin qarşısına qoyulmuş ən uca məqsəddir. Təsadüfi deyil ki, 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar həyata keçirilən tədbir və layihələr də ulu öndərə olan böyük sevginin və dərin hörmətin nəticəsidir.

“Heydər Əliyev İli” çərçivəsində həyata keçirilən layihə və tədbirlərə Azərbaycan könüllüləri fəal şəkildə qoşulublar. Sözügedən silsilə tədbirlərdən əvvəl Azərbaycan könüllüləri Fəxri xiyabanı ziyarət edərək xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və tər güllər qoyublar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığıyla ətraf mühitin mühafizəsinə hər zaman böyük önəm verən, Azərbaycan gənclərinə sağlam həyat buraxmaq üçün daim çalışan ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək məqsədilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası baş tutub. Ümumilikdə 100-dən çox könüllünün iştirakı ilə baş tutan aksiyada 700-dən çox zeytun və eldar şamı ağacları əkilib.

Qeyd edək ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə mayın 11-də intellektual yarış keçiriləcək. Ümumilikdə 100 nəfər könüllüdən ibarət olacaq oyunda, hər komandada 5 nəfər olmaqla 20 komanda mübarizə aparacaq. Hər komandanın bir könüllü təşkilatını təmsil etdiyi oyun “Nə? Harada? Nə zaman?” formatında baş tutacaq. Üç yer üzrə müəyyənləşən qalib komandalar kubok, medal və sertifikatlarla mükafatlandırılacaqlar.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir