Gürcüstanlı politoloqlardan Ərdoğana dəstək – VİDEO

Siyasət


“Türkiyə prezidentinin səyləri nəticəsində imzalanan taxıl sazişi bütün dünyanı aclıqdan xilas etdi. Ərdoğan ölkəsini bölgədəki liderlikdən qlobal liderlik səviyyəsinə aparmağa çalışır”.

Bu sözləri Baku TV-yə verdikləri müsahibələrdə gürcü politoloq və ekspertlər Rəcəb Tayyib Ərdoğanın fəaliyyətindən danışarkən deyiblər.

Politoloq Vaxtanq Maisaya bildirib ki, prezident seçkisinin nəticəsi ölkənin gələcəyini müəyyənləşdirəcək:

“Uzun illərdir Türkiyədə hakim partiyanın rəhbəri olan Ərdoğan böyük islahatlar həyata keçirdi. Öz uğurlu xarici siyasətini formalaşdırdı. Həmçinin Rusiya-Ukrayna müharibəsində Türkiyənin rolunu bütün dünya gördü”.

Badri Naçkebia isə bildirib ki, R.T.Ərdoğan yalnız öz ölkəsində deyil, bütövlükdə bölgədə stabilliyi təmin edib.

“Türkiyə Gürcüstanın strateji tərəfdaşıdır. Bu baxımdan Gürcüstan da Ərdoğanın prezident seçkisində qalib gəlməsində maraqlıdır. Türkiyə liderinin qalibiyyəti stabilliyin və uğurlu inkişafın davamı olacaq”, – deyə politoloq əlavə edib.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir