Ceyhun Bayramov Ulu Öndərin xatirə turnirində fərqlənən XİN komandasının üzvləri ilə görüşdü – FOTO

Siyasət


Xarici işlər naziri Ceyhun Bayramov Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, AFFA və Azərbaycan Minifutbol Federasiyasının dəstəyi ilə keçirilmiş minifutbol turnirində “Ən yaxşı feyr-pley komandası” mükafatına layiq görülmüş Xarici İşlər Nazirliyinin (XİN) komandasının üzvləri ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, nazir bu münasibətlə komanda üzvlərini təbrik edib, onlara fəaliyyətində uğurlar arzulayıb.

Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş, yüksək səviyyədə təşkil edilmiş və gərgin mübarizə şəraitində keçən turnirin qrup mərhələsində komandanın keçirdiyi 12 oyundan 9-da qalib gələrək öz qrupunda ikinci ən yüksək nəticə göstərməsinin XİN kollektivi tərəfindən sevinclə qarşılandığı diqqətə çatdırılıb.

Kifayət qədər rəqabətli keçən oyunlarda etika və qarşılıqlı hörmət prinsipləri, turnirin qaydaları və tələbələrinə riayət olunmasında nümunəvi yanaşma sərgiləyən kollektivin “Ən yaxşı feyr-pley komandası” mükafatına layiq görülməsinin təqdirəlayiq olduğu bildirilib.

Sözügedən turnirin sağlam və fiziki cəhətdən fəal həyat tərzinin təbliğini özündə əks etdirdiyini, o cümlədən dövlət qurumları əməkdaşları arasında münasibətlərin inkişafına töhfə verdiyini qeyd edən Ceyhun Bayramov yüksək səviyyəli təşkilatçılığa görə Gənclər və İdman Nazirliyinə təşəkkür ifadə edib.

Daha sonra çıxış edən XİN-in futbol komandasının kapitanı, xarici işlər nazirinin müavini Elnur Məmmədov oyunlar barədə təəssüratlarını bölüşüb, bundan sonra da aktiv şəkildə yarışlarda uğur qazanılması istiqamətində səy göstəriləcəyini diqqətə çatdırıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir