Prezident Administrasiyasının rəhbəri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib – FOTO

Siyasət


Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar mayın 10-da Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev əbədiyaşar liderin Fəxri xiyabanda məzarını ziyarət edib.

Oxu.Az xəbər verir ki, Samir Nuriyev Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub, Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramını bildirib.

Sonra Prezident Administrasiyasının rəhbəri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edərək məzarı üzərinə gül dəstəsi qoyub.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir