Mustafa Şentop: “Qarabağın azadlığından narahat olan şəxsin Türkiyədə siyasətlə məşğul olması çətindir”

Siyasət


“Azərbaycanın Qarabağı azad etməsindən narahat olan bir adamın (Kemal Kılıçdaroğlu – red.) Türkiyədə siyasətlə məşğul olması çətindir”.

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop “Haber Global”a müsahibəsində deyib.

O bildirib ki, Türkiyənin hazırkı hakimiyyəti Azərbaycan vasitəsilə Orta Dəhlizin reallaşmasına çalışır:

“Azərbaycanı görməzdən gəlməyi başa düşə bilmirəm. Cümhuriyyət Xalq Partiyası (CHP) nümayəndələri Qarabağ məsələsində Türkiyə və Azərbaycanı ittiham edirdi”.

M. Şəntop söyləyib ki, Azərbaycansız Türk yolu və Türk dünyası yoxdur.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir