Parlamentlərarası İttifaqın Prezidenti: “Heydər Əliyev əbədiyaşardır”

Siyasət


“Azərbaycanın ümummilli lideri Heydər Əliyev xüsusi, uzaqgörən şəxsiyyət olub. Bu cür şəxslər, o cümlədən Heydər Əliyev ədəbiyaşardır”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında Parlamentlərarası İttifaqın Prezidenti Duarte Paçeko deyib.

O bildirib ki, Heydər Əliyev həm SSRİ dövründə, həm də müstəqillik dövründə Azərbaycanın inkişafı, sabitliyi üçün çalışıb.

“Bu gün Azərbaycan beynəlxalq aləmdə hörmətlə qarşılanır. Çünki Azərbaycan dünyada olan problemlərin həll olunmasında, sülhün bərqərar olunmasında aktiv rol oynayır”, – deyə Paçeko bildirib.

Qeyd edək ki, Milli Məclisin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi iclasında ümumilikdə 228 xarici nümayəndə iştirak edir.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir