İcma sözçüsü: “Dünyanın müxtəlif ölkələrində yaşayan Qərbi azərbaycanlılarla görüşlərimiz olacaq”

Siyasət


“Dünyanın müxtəlif ölkələrində yaşayan Qərbi azərbaycanlılarla görüşlərimiz olacaq”.

Bu fikirləri “Report”a açıqlamasında Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar deyib.

Qurum rəsmisi vurğulayıb ki, Qərbi Azərbaycan İcmasının mayın 7-də Almaniyanın paytaxtı Berlin şəhərində Almaniya Azərbaycanlıları Alyansı ilə birgə təşkil etdiyi “Beynəlxalq hüquqda qayıdış və repatriasiya: konsepsiya və məzmun” mövzusunda konfrans çox uğurlu olub:

“Qərbi Azərbaycan həqiqətlərindən bəhs etdik, aktiv fikir mübadiləsi apardıq. Sonda qəbul edilən Berlin Bəyannaməsində də vurğulandı ki, soydaşlarımız Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarını müdafiə edən ümumi təşkilat olan Qərbi Azərbaycan İcmasına maraqlarımızın qanuni təmsilçisi kimi tam dəstəyini bildirir. Habelə ümumi işimiz haqqında beynəlxalq ictimaiyyəti məlumatlandırmaq və onun dəstəyini səfərbər etmək üçün Qərbi Azərbaycan İcması ilə birlikdə işləmək niyyətində olduqları vurğulandı, eyni zamanda, fəaliyyət və strategiyalarını əlaqələndirmək üçün mütəmadi olaraq məsləhətləşmələr aparmaq barədə razılığa gəlindiyi bəyan edildi”.

“Bildiyimiz kimi, dünyanın müxtəlif ölkələrində ötən əsrdə Ermənistan ərazisindən deportasiya olunmuş Qərbi azərbaycanlılar yaşayırlar. Onlar doğma yurd-yuvalarına geri qayıtmağın həsrətindədirlər və öz evlərinə təhlükəsiz şəkildə və ləyaqətlə qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Bu, onların ən fundamental hüquqlarıdır. Düşünürəm ki, Berlində keçirilən konfranslar kimi tədbirlər davamlı olacaq və dünyanın müxtəlif ölkələrində yaşayan Qərbi azərbaycanlılarla görüşlərimiz olacaq”, – Ülviyyə Zülfiqar vurğulayıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir