Türkiyənin vitse-prezidenti: “Azərbaycan-Ermənistan məsələsində qəti qərarlar verməliyik”

Siyasət


“Türkiyə dövləti Azərbaycan-Ermənistan məsələsi, Rusiya-Ukrayna müharibəsi, Liviya və Suriya münaqişələri kimi məsələlərdə sürətli və qəti qərarlar qəbul etməyə borcludur”.

Bu sözləri Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.

Fuat Oktay Türkiyədəki mövcud siyasi sistemlə bağlı məsələyə də toxunub.

O qeyd edib ki, mövcud prezident üsul-idarəsi sistemi ən effektivdir.

F.Oktay əlavə edib ki, hazırkı sistemdə yekun qərarı dövlət başçısı versə də, bütün proseslər müzakirə əsasında həyata keçirilir.

Mənbə: Haberturk

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir